Reklam
Reklam

Məsəllər, deyimlər

CANI MƏNİM ƏLİMDƏDİR

►«Öһdәsindәn gәlәrәm», «məndən asılılığı var», «mәnim sözümdәn çıxmaz», «bacarıb həll edərəm» mənalarında işlədilən ifadə.

İfadə qədim insanların bədən və ruh haqqındakı bəsit təsəvvürlərindən qaynaqlanır.

Həmin təsəvvürə görə, canla bәdәn (cisim) iki müxtәlif varlıqdır. Can bәzәn bәdәni tәrk edir; mәsәlәn, insan yuxulayanda, yaxud huşunu itirəndә can çıxıb gedir. İndi dә «canı çıxdı», «canım ağzıma gәldı» vә s. ifadәlәr işlәnmәkdәdir. Canı çıxmağa qoymamaq vә ya geri (bәdәnә) qaytarmaq üçün müxtәlif vasitәlәrdәn (dua yazmaq, tas qurmaq vә s.) istifadә olunurdu. Canın tәrk etdiyi bәdәn bir һeçdir. Bәdәndәn çıxan canı kim tutsa, ona һökm edә bilәr.

Can һaqqında qәdim animistik tәfәkkürün yaranmasına sәbәb keçmişdə insanın öz xüsusi psixikasını başa düşmәmәsi olmuşdur; mәsәlәn, yuxugörmәnin, özündәngetmәnin, hallüsinasiyanın sәbәbini bәdәndәn ayrılıqda yaşayan canın fәaliyyәtindә görürdülәr. Әvvәllәr bu can maddi varlıq kimi tәsәvvür olunurdu.

İfadә şәxslәrә, vəziyyətlərə vә zamanlara görә dәyişsə də, yuxarıda göstərilən mənaları bildirir.

Məsəllər, deyimlər