►Bir işə razı olmamağı, təhlükəli sayılan həmin işdə iştirak etmək istəməməyi, onu yaxına buraxmamağı qəti surətdə bildirən ifadə.
İfadə hansısa sənədə imza atmaq, barmaq basmaq adəti ilə bağlı yaranmışdır.
Əvvəllər bir sənədi imzalamaq lazım gəldikdə yazıb-oxumaq bilməyən insanlar barmaqlarını mürəkkəbə batırıb kağızın üzərinə basır, yəni imzalarını qoyur və bu yolla həmin kağızda yazılanları təsdiqlədiklərini, onun məzmunu ilə razı olduqlarını bildirirdilər. Razı olmadıqları məsələ haqqında söhbət getdikdə isə «Mən bu işə barmaq qoya bilmərəm», − deyə kağızı imzalamaqdan boyun qaçırırdılar.
Sonralar bu məfhum məcazi mənada daha geniş yayılaraq, ümumiyyətlə, bir işə razı olub-olmamağı göstərmək üçün işlənir. İndinin özündə də «bu işdə filankəsin barmağı var» deməklə haqqında söhbət gedən adamın həmin işdə çox zaman gizlicə iştirak etdiyini və ya bu işlə razı olduğunu bildirmək istəyirlər.
Dilimizdə «bu işdə ingilis barmağı var» ifadəsi də geniş yayılmışdır.
Məsəllər, deyimlər