1. İqtisadiyyat. Xırda istehsalatçıların iflasına, istehsalın azalmasına səbəb olan dövraşırı nisbi həddən artıq əmtəə istehsalı. □ İqtisadi böhran. Sənaye böhranı. Aqrar böhranı.
2. Qıtlıq. □ Yanacaq böhranı.
3. Xəstəliyin gedişində xəstənin vəziyyətinin ya yaxşılaşması, ya da pisləşməsi ilə nəticələnən dönüş nöqtəsi. □ Qızılcanın böhran dövrü.
4. Məcazi mənada: bir şeyin gedişində sərt dönüş, kəskin dəyişiklik. □ Xüsusən uşaq on dörd, on beş yaşlarında ikən çox mühüm bir böhran keçirmək zamanıdır. (A.Şaiq).
5. Məcazi mənada: ümumiyyətlə, ağır vəziyyət, ağır hal. □ O, əsəbi bir böhran keçirir.
Həmçinin bax: