Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

boğulmaq [boğulmax] feil

1. Hava azlığından nəfəsi çətinləşmək, nəfəs ala bilməmək. □  İstidən boğulmaq. Bu otağın havası yoxdur, adam boğulur. Dağa qalxdıqca boğulurdum.
2. Nəfəs ala bilməmək nəticəsində ölmək (tüstüdən, boğucu qazdan və s.). Tüstüdən, az qala boğulmuşdum.
3. Suda qərq olmaq, batmaq. Dənizdə boğulmaq. Çayda boğulmaq. Suda boğulan saman çöpündən yapışar. (Atalar sözü).
4. Məcazi mənada: məhv olmaq, tələf olmaq, yox olmaq, qeyb olmaq. Görürəm ilk dəfə ulduzun, Ayın; Alovlar içində boğulduğunu... (S.Vurğun).
5. Məcazi mənada: son dərəcə sıxıntı, təzyiq, mənəvi və cismani əzab hiss etmək. Yazıqda qalmayır taqətdən əsər; Boğulur qəfəsdə bir bülbül kimi. (S.Vurğun).
6. Məcazi mənada: bir şeyin çoxluğunu, ağırlığını, güclülüyünü, üstünlüyünü bildirir. Ətraf qəmgin bir sükut içində boğulurdu. (M.Hüseyn).

Həmçinin bax:

frazeologizm: namusa boğulmaq Azərbaycan dilinin izahlı lüğəti