ingilis admiralı Bofortun adından
Küləyin gücünü onun yerüstü obyektlərə təsiri və açıq dənizdə dalğaların hündürlüyünə görə 12 balla müəyyənləşdirən cədvəl.
Şkalanı XIX əsrin əvvəlində ingilis admiralı Frensis Bofort küləyin sürətini yelkənləri qabartmasına görə qiymətləndirmək üçün təklif edib. Yelkənli gəmilər sıradan çıxdıqdan sonra meyarlar dəyişdirilib və müşahidələr nəticəsində onun m/san ilə ölçülən surəti obyektlərə təsirinə və dənizdə yaratdığı dalğaların hündürlüyünə uyğunlaşdırılıb. Şkala Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən qəbul olunub.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti