Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

bakterial fotosintez

Yaşıl bitkilərdə gedən fotosintezdən fərqli olaraq havaya oksigen xaric olunmur.

B.F. günəş enerjisini uda bilən, hidrogen atomunu (H) reduksiya proseslərinə verən, hidrogen-sulfidi (H2S) parçalaya bilən piqmentlərə malik olan bakteriyalarda gedir. Hidrogen donoru ali bitkilərdə olduğu kimi su (H2O) deyil, hidrogen-sulfiddir.

Biologiya terminlərinin izahlı lüğəti