Reklam
Reklam

Tarix terminləri lüğəti

bacarıqlı insan

lat. Homo habilis

Sadə əmək alətləri hazırlamağa qabil olan insan nəslinin ən qədim nümayəndəsi, ən yüksək inkişaf etmiş avstralopitek tipi.

B.İ.-ın (ona “qabil insan” da deyilir) ilk nümunəsi arxeoloqlar Meri və Luis Likilər tərəfindən 1960-cı ildə aşkar edilib. 1964-cü ildə Tanzaniyanın Olduvay dərəsindəki sensasiyalı tapıntıdan sonra B.İ.-ın geniş təsviri verilib. Olduvay dərəsində yaşı 2–2,5 mln. ilə bərabər olan yeni hominidlərin pəncə və daban hissələri, körpücük sümüyü, eləcə də çənə qalıqları aşkarlanıb. Pəncəsinin quruluşuna görə müəyyən olunub ki, yeni hominid növü şaquli vəziyyətdə, iki ayağı üzərində hərəkət edib. Öncə prezincantrop adlandırılan yeni hominidə daha sonra Luis Likinin təklifi ilə Homo habilis (bacarıqlı, qabil insan) adı verilib.

Tarix terminləri lüğəti