Reklam
Reklam

Tarix terminləri lüğəti

azərbaycançılıq

Azərbaycan türklərinin milli identikliyinin və milli dövlətçiliyinin əsasını təşkil edən siyasi-ideoloji baxışlar sistemi.

A. ideologiyası XX əsrin ikinci onilliyində Azərbaycan türklərinin milli inkişafının əsas istiqamətlərini müəyyənləşdirən konsepsiya şəklində M.Ə.Rəsulzadə tərəfindən işlənib. O, “A. nədir?” sualını belə cavablandırıb: “A. demək, istiqlalçılıq deməkdir. Bir istiqlalçılıq ki, tarixin ən böyük müəssisəsi olan millətin dövlət olmaq üzrə müzəffər yürüşü deməkdir. A. eyni zamanda bir hürriyyət və mədəniyyət hərəkatıdır ki, onun ən bariz sifəti xalqçılıq və milli hakimiyyət əsasına bağlılıqdır”.

Tarix terminləri lüğəti