port. auto da fe – hərfi mənası: inanc aktı
İnkvizisiya məhkəmələrinin amansız hökmlərinin elan edilməsi və yerinə yetirilməsi, məhkum olunmuş insanların tonqalda yandırılması.
Orta əsrlərdə A.-dən katolik kilsəsinə qarşı çıxan şəxslərə divan tutmaq məqsədilə istifadə olunub. İlk dəfə altı insanın yandırılması ilə 1481-ci ildə İspaniyada (Sevilyada) baş tutmuş A. XVI əsrdə daha geniş yayılaraq Portuqaliyada və İspaniyanın Amerikadakı müstəmləkələrində (Meksika, Braziliya, Peru) tətbiq edilib. A. qəti olaraq 1834-cü ildə qadağan olunub. Sonuncu A. 1826-cı ildə Valensiyada həyata keçirilib, lakin məhkum tonqalda yandırılmayıb, dar ağacından asılıb.
Tarix terminləri lüğəti