Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

alman çoban iti

Almaniya əcdadlı it cinsi.

Böyük, atletik və güclü olması ilə yanaşı düzgün yetişdirldiyində bu iti ailə, qoruma yaxud iş iti kimi istifadə etmək mümkündür. A.Ç.İ.-də ən çox rast gəlinən xəstəlik omba çıxığı (omba dispalizi) olaraq bilinən bir oynaq xəstəliyidir. Mədə sistemi həssas olduğu üçün qidalandırılmasında qarışıq, allergiya yaradan qidalardan uzaq tutulmalıdır. A.Ç.İ.-nin ideal boyu dişlərdə 57,5 sm, erkəklərdə isə 62,5 sm-dir. 2,5 sm-ə qədər qısa və ya hündür olması normal qarşılanır. Ağırlıq dişilərdə 22-32 , erkəklərdə 35-40 kiloqram arasındadır. Üzü kobud xətli, alın dördbucaq, burun uzun və enlidir. Burunun ücü qara, çənəsi güclü olduğundan kəskin dişləməyə sahibdir. Gözləri orta böyüklükdə qəhvə rəngidir. Bu cins öz arasında 12 yerə ayrılır. Qısa tüklü, uzun tüklü, düşük bel, düz bel və s.

Biologiya terminlərinin izahlı lüğəti