Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

alliterasiya

lat. alliteratio  ˂ lat. ad – -da (şəkilçi) + littera – hərf

Nitqdə ahəngdarlığı gücləndirmək məqsədilə eyni və ya səs məxrəci yaxın olan samit səslərin təkrarı; məs.: uma-uma döndüm muma.

Alliterasiya bədii ahəng və into­nasiyanı qüvvətləndirmək, habelə əyaniliyi canlandırmaq məqsədi daşıyan ifadə vasitəsidir. Xəlil Rza şeirlərində alli­terasiyadan geniş istifadə edib:

Birdən-birə qalxarmı dağ?

Daş üstünə gələr bir daş.

Təpə qalxıb dağa dönər

Yavaş-yavaş.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti