Reklam
Reklam

Tarix terminləri lüğəti

ağsaqqallar şurası

1. İbtidai icma cəmiyyətində kollegial idarəçilik və sosial nəzarət orqanı.

Tayfaların yaranması ilə meydana gələn A.Ş. hər tayfaya daxil olan icmaların ağsaqqallarından təşkil edilib. Onlar birgəyaşayış qaydalarını müəyyənləşdirir, ov, otlaq və əkin yerlərinin bölgüsünü aparır, qəbilələr və icmalar arasında olan mübahisəli məsələləri həll edirdilər. Bir sıra kiçik xalqların həyat fəaliyyətinin tənzimlənməsində (məsələn, Şimali Qafqazda) A.Ş.-ları hələ də mühüm rol oynayır.

2. Bəzi ölkələrdə (əsasən, qədim dövrdə və orta əsrlərdə) məhdud səlahiyyətlərə malik dövlət hakimiyyəti orqanı.

Belə şuraların üzvləri ya dövlət başçıları tərəfindən təyin edilib, ya da seçiliblər. Məsələn, XVIII əsrin sonunda Fransanın qanunvericilik orqanının iki palatasından biri A.Ş. adlanıb. 1991-ci ilədək SSRİ Ali Sovetinin hər iki palatasında A.Ş. fəaliyyət göstərib.

Həmçinin bax:

Tarix terminləri lüğəti