Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

adalararası dəniz

Adalarla haşiyələnmiş dəniz.

Adalar arasında məsafənin azlığı A.D.-in okeanın açıq hissəsi ilə sərbəst su mübadiləsinə mane olur. Atlantik okeanında yerləşən İrland dənizi, Sakit okeanda yerləşən Banda ilə Fici A.D.-lərə aiddir. Ümumiyyətlə isə A.D.-lərin çoxu Malay arxipelaqının adaları arasında yerləşir. Sahəsinin böyüklüyünə görə ən böyük A.D. – Filippin dənizi buradadır.

Coğrafiya terminləri lüğəti