Tərəvəzin, meyvənin ən axırda dəriləni. □ Gedər bostan urası; Qalar üzün qarası. (Atalar sözü).... Ətraflı
1. Məhsul toplandıqdan sonra yerdə qalan xırda-xuruş şeylərə ura deyilir. Uralamaq –“irili-xırdalı bütün bostan məhsullarını toplamaq” deməkdir. Ura sözü, ehtimal ki, biçmək, yığmaq, toplamaq mənasını verən or kəlməsi ilə bağlıdır, biçindən sonra qalanlar deməkdir. Biçilmiş taxılın yerindən çıxan... Ətraflı
Məhsul toplandıqdan sonra yerdə qalan tərəvəz, meyvə və s.; tərəvəzin, meyvənin ən axırda dəriləni. (“Koroğlu” dastanının lüğəti) Biçirlər yağıların başını ura yerinin kəliyi kimi. (“Mahru xanımı... Ətraflı
Bağ və bostanda son yığım. □ De:llər bosdan uradı, biz də gedəx' qarpız gətirəx' (Qazax); Qurtuluy menin də, uradı (Qax); Bu döələx'ləri urada yığmışam (Borçalı).... Ətraflı
Ura sözü or, oraq, orğun (biçin vaxtı) sözləri ilə qohumdur. “Biçindən sonra yerdə qalanı toplamaq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)... Ətraflı
Biçindən, yığımdan sonra yerdə qalanını toplamaq. (“Koroğlu” dastanının lüğəti)... Ətraflı
Sahədə son məhsulu toplamaq, bostanda heç nə qoymamaq. Dialektlərdə oralamax şəklində işlənir.
Sənubərəm, aslan kimi,
Qəmlərim var, dastan kimi.
Bir sahibsiz bostan kimi,
Məni vaxtız uraladın.
... Ətraflı
Bax: oralamax. □ Bosdanı uralıyıf ya:nı ki tay qutarıf; İki günnən so:ra bosdanı uralıyajıyıx, onda gələrsən (Ağdam); Bosdan uralıyıllar, gedin siz də qıradan-zaddan yığın gətirin (Zəngilan); Qarto... Ətraflı
Kimya. Aktinoidlər ailəsinə aid olan radioaktiv kimyəvi element. □ Uran atom enerjisi almaq üçün əvəzsiz xammal hesab edilir.... Ətraflı
Geologiya. Kubik sinqoniyada kristallaşaraq kub, oktaedr və onların kombinasiyaları formasında qara, qonur kristallar, gizli kristallik aqreqatlar,... Ətraflı
Kubik sinqoniyada kristallaşaraq kub, oktaedr və onların kombinasiyaları formasında qara, qonur kristallar, gizli kristallik aqreqatlar, his, torpaqvarı kütlələr əmələ... Ətraflı
Urartuluların və Göyçə, Van, Urmiya gölləri arasındakı ərazidə, eləcə də Anadolu yaylasında yerləşmiş qədim Urartu dövlətinin dili. Bu dildə yazılı abidələr e.ə. IX–... Ətraflı
Göyçə, Van, Urmiya gölləri arasındakı ərazidə, eləcə də Anadolu yaylasında yerləşmiş qədim Urartu dövlətinin (e.ə. IX–VI əsrlər) əhalisi. U.-ın dilləri hürrilərə yax... Ətraflı