1. Həqiqətən icra olunan, həqiqətən olan, sözlə deyil, işlə olan.
2. Dilçilik. Tərkibində feil olan, yaxud feildən düzəldilmiş. □ Feili sifət. Feil... Ətraflı
Həm feilin, həm də zərfin xüsusiyyətlərini daşıyan təsriflənməyən feil. □ Xüsusi şəkilçiləri bunlardır: -ıb4, -anda2, -arkən2, -araq2, -ar2-maz2, -dıqda4, -ınca4, -madan2, a2-a2 və s. Feili bağlamanın feillə ortaq xüsusiyyətləri bunlardır: 1)... Ətraflı
Feili bağlama ilə işlənib özündən əvvələ söz toplayan və cümlənin mürəkkəb zərfliyi kimi çıxış edən tərkib. □ Nümunə: Əkbər kitabı stolun üstünə qoyub lövhəyə yaxınlaşdı. Tərkibin yaranmasında bütün feili bağlama şəkilçiləri iştirak edə bilir.... Ətraflı
Əsas tərəfi təsriflənməyən feillərdən ibarət olan söz birləşməsi. □ Nümunə: film izləyən, məktubu oxuyanda, dərsə hazırlaşmaq və s. Feili birləşmələr cümlə daxilində tərkib əmələ gətirir. Tərkiblər əsas tərəflərin adları ilə adlanır və üç növə a... Ətraflı
Həm feilin, həm də sifətin xüsusiyyətini daşıyan təsriflənməyən feil. □ Feili sifətlərdə feilə məxsus cəhətlər bunlardır: 1) zaman məzmunlu olur: yatmış, yatan, deyiləsi; 2) növ bildirir: yazan, yazılan, yazışan; 3) təsdiq və ya inkarda olur: danı... Ətraflı
Feili sifətlə işlənib özündən əvvələ söz toplayan və cümlənin mürəkkəb üzvü kimi çıxış edən tərkib. □ Nümunə: Onlar taybatay açılmış (təyin) qapıya tərəf baxırdılar (İ.Şıxlı).... Ətraflı
Feilin təsriflənən formaları (feilin əmr, xəbər, vacib, arzu, lazım və şərt şəkilləri) və feili frazeoloji birləşmələrlə ifadə olunan xəbər. □ Nümunə: Təzə cihaz alınmalıdır. Sabah gedəsiyik. Mən birinci olmaq istəyirəm. Düşmən dərdə düşsün. Vəl... Ətraflı
İşin gələcəkdə icrasının arzu edildiyini bildirən feil şəkli. □ Feilin arzu şəkli feilə -a2 şəkilçisinin artırılması ilə düzəlir; məs.: tap-a, tapıl-a, qazdır-a, sev-ə, sevil-ə və s. Feil saitlə qurtararsa, şəkilçinin əvvəlinə y samiti əlavə edil... Ətraflı
Hərəkətin iki və daha çox subyekt tərəfindən birgə icra edildiyini bildirən feil növü. □ Feilin bu növü -ış4 (-ş) şəkilçisi vasitəsilə təsirsiz feillərdən düzəlir; məs.: İçəri doluşdular.... Ətraflı
İş və hərəkətin icrasının əmr edildiyini bildirən, yalnız şəxs şəkilçisi qəbul edən feil şəkli. □ Məsələn: gətir (–), dinlə-y-in, gül-ək, oxu-y-um və s. Hər bir feilin kökü II şəxsin təkində əmr şəklindədir: oxu, apar. Digər şəxslərdə əmr şəkli f... Ətraflı
İşin başqa şəxsin tapşırığı, xahişi, əmri ilə digər bir şəxs tərəfindən icra olunduğunu göstərən feil növü. □ Hərəkətin icrası üçün iki subyektin olması lazım gəlir. Subyektlərdən biri (I subyekt) göstəriş verir, məcbur edir, digəri (II subyekt) o... Ətraflı
İş və hərəkətin icrasının gələcəkdə lazım olduğunu bildirən feil şəkli. □ Lazım şəkli feillərə -ası2, (-yası2) şəkilçisi artırmaqla düzəlir: oxu+yası+yam, gəl+əsi+dir və s. Lazım şəklinin inkarını düzəltmək üçün deyil sözündən istifadə olunur. On... Ətraflı
İşin naməlum subyekt tərəfindən icra edildiyini bildirən feil növü. □ Məchul növ feillər təsirli feillərə -ıl4, -ın4 (-n) şəkilçilərini artırmaqla düzəlir; məs.: Çadır qur+ul+du. İş gör+ül+dü. Zəng çal+ın+dı. Kitab oxu+n+du. Məchul növ feillər təs... Ətraflı
Subyekti məlum olan hərəkəti ifadə edən, heç bir xüsusi növ şəkilçisi olmayan feil. □ Bütün sadə, düzəltmə və mürəkkəb feil kökləri məlum feillər hesab olunur. Məlum növ feillər həm təsirli, həm də təsirsiz ola bilər; məs.: yaz, apar, götür, qaldı... Ətraflı
İşin qarşılıqlı olaraq (qarşı-qarşıya) icrasını bildirən feillər. □ Qarşılıq növ feilləri düzəltmək üçün -ış4 (-ş) şəkilçisindən istifadə olunur; məs.: yaz-ış(maq), qucaqla-ş(maq), gör-üş(mək), salamla-ş(maq) və s. Qarşılıq bildirən feillər, əsasə... Ətraflı
Subyektin hərəkəti öz üzərində icra etdiyini bildirən feil. □ Bu növdə subyekt eyni zamanda obyekt rolunda çıxış edir. Qayıdış növ feillər, əsasən, -ıl4, -ın4 (-n) şəkilçiləri vasitəsilə düzəlir; məs.: Gül aç+ıl+dı. Duman çək+il+ir. Uşaq yu+yun+ur... Ətraflı
Hərəkət, onun subyekti və obyekti arasında müxtəlif qarşılıqlı əlaqələri əks etdirən feil növləri. □ Feilin beş qrammatik məna növü var: məlum növ, məchul növ, qayıdış növ, icbar növ, qarşılıq-birgəlik növ. Feilin qrammatik məna növü bir neçə göst... Ətraflı
İş görənin (subyektin) görülən işə (hərəkətə) münasibətini bildirən feilin təsriflənən formaları. □ Azərbaycan dilində feilin altı şəkli vardır: əmr şəkli, xəbər şəkli, arzu şəkli, vacib şəkli, lazım şəkli, şərt şəkli. Əmr və xəbər şəkillərinin x... Ətraflı
Hərəkətin icra olunmasının və ya olunmamasının müəyyən şərtlə bağlılığını bildirən feil şəkli. □ Feil kökünə və ya başlanğıc formasına -sa2 və şəxs şəkilçisi artırmaqla düzəlir; məs.: oxu-sa-m, oxu-sa-n, oxu-salar və s. Şərt şəklinda olan feil I... Ətraflı