1. Keçmiş zamanlarda qaranlıq və müdhiş dustaqxana (adətən yerin altında olardı); ümumiyyətlə, həbsxana, həbs, dustaqxana. □ Bülbülə qızıl qəfəs də... Ətraflı
Üzərində metal döymək üçün dəmirçi aləti. □ Zindan olub, altda olmaqdansa, çəkic ol – üstdə ol. (Atalar sözü).... Ətraflı
Fars sözüdür və “zirzəmisi olan türmə” deməkdir. Bunun müqabilində biz qoduqluq (quyu sözündəndir, bu sözün qədim forması quduq kimi qeydə alınıb) işlətmişik və dialektlərdə indi də işlədilir. İkinci bir zindan (əsli: sindan) sözü də var və ərəbcədir. Dəmirçilərin üstündə dəmir döydüyü vasitədir.... Ətraflı
Həbsxana, qazamat (keçmişdə adətən, yerin altında olurdu). (“Koroğlu” dastanının lüğəti) Xəlil paşa hökm elədi, üçünün də ayağına kündə vurub, zindana saldılar. (“Koroğlunun Bayazid səfəri”)... Ətraflı
Üzərində metal döymək üçün dəmirçi aləti. (“Koroğlu” dastanının lüğəti) Çox çənə-boğazdan sonra axırı Alı kişi ustanı razı elədi ki, daşı bir zindanın üstünə qoyub döysün, görsün döyülür, ya yox.... Ətraflı
Zindan baxıcısı, həbsxana gözətçisi, həbsxanaçı.... Ətraflı
Zindançının işi, vəzifəsi, zindan (dustaqxana) baxıcılığı.... Ətraflı
Arxaizm. Zindana salmaq, həbsə salmaq. □ Can alan, qan axıdanlarını zindanlamışıq. (Ə.Nəzmi).... Ətraflı
Zindana salınmaq, həbsə salınmaq.... Ətraflı
Bax: zindan (1-ci mənaya).... Ətraflı
Klassik ədəbiyyatda dəmirdən şeylər qayrılan və ya təmir edilən yer; dəmirçinin işlədiyi bina, dəmirçi emalatxanası mənalarında işlənmişdir.... Ətraflı