Əsas, dəlil, sənəd. □ Zəhranın əlində tutalğası var, işə çıxmır (Bərdə); Yunus kişi, sənin əlində bir tutalğa varmı bu sözü mana deyirsən (Ağcabədi).... Ətraflı
Nişanlı. □ Qız irilənip, ama tutalğası yoxdu.... Ətraflı
Tutmaq feili ilə bağlıdır, “fakt”, “arqument” anlamlarını əks etdirir. Söz tut (kök) al və ğac morfemlərindən düzəlib (-ğac şəkilçisi süzgəc, üzgəc tipli sözlərdə də var). (Bəşir Əhmədov. Etimologiya lüğəti)... Ətraflı