1. Bədən və qanadları toz kimi incə pullarla və cürbəcür rənglərlə bəzənmiş dördqanadlı böcək. □ Dünya bahar, ömrün yolu gül-çiçək; Uçur güldən-gül... Ətraflı
Qopmaq feili ilə qohumdur. Üzərində tozcuqlar (qabıq, pulcuqlar, qopuq, kəpək) olduğu üçün belə adlanıb. Deməli tozlu, kəpəkli deməkdir. İkinci ehtimal da mümkündür: qədim təsəvvürə görə, kəpənək ölülərin ruhu hesab olunurmuş. Bu mənada “bədəndən qopan” (yəni ruh) kimi də başa düşülə bilər. Başqa... Ətraflı
Yapıncı; çobanların qışda geydikləri döymə yundan keçə, keçədən tikilən qolsuz çoban plaşı, çoban yapıncısı. (“Kitabi-Dədə Qorqud” leksikası)... Ətraflı
Yapıncı. (“Koroğlu” dastanının lüğəti)
Yaxınlaşanda Koroğlu baxdı ki, bu – çiynində kəpənəyi, əlində dəyənəyi cavan bir oğlandı. (“Düratın itməyi”)
*
Koroğlu dərhal kərcami kəpənəyini çiyninə atıb... Ətraflı
Kəpənək şəklində olan, görünüşcə kəpənəyə oxşar, kəpənək kimi. □ Kəpənəkvarı bant.... Ətraflı