1. Doğru, düz, həqiqi; həqiqətən, əslində. □ Anam ağlar gerçəkdən. (Atalar sözü).
2. Həqiqətən, əslində. □ Sən bir əqrəb imişsən gerçək; Bu zəhərlə... Ətraflı
Həqiqət olmaq, doğru olmaq, düz çıxmaq.... Ətraflı
Doğrudan, ciddi (olaraq). □ Gerçəkdən üzülmək.... Ətraflı
Həqiqətə çevirmək, bir şeyi doğrudan-doğruya etmək. □ Ay qarı, deyəsən axı, sən gerçəkləyirsən.(Ə.Haqverdiyev).... Ətraflı
Gerçək olmaq, düz çıxmaq, həqiqət olmaq. □ Bənövşə çiçəkləndi; Yarpağı ləçəkləndi; Yatdığı yalan oldu; Ölümü gerçəkləndi. (Bayatı).... Ətraflı
Gerçəklənmək, gerçək hala gəlmək, reallaşmaq, həqiqətə çevrilmək. □ İşin gerçəkliyini bilmək.... Ətraflı
1. Həqiqət, həqiqi varlıq, reallıq. □ Gerçəkliyin özündən çıxış etmək.
2. Doğruluq, həqiqilik, düz çıxma; ciddilik.... Ətraflı
Belə hesab edirəm ki, söz “görmək” feili zəminində yaranıb. Tarixən insanlar gördüklərini həqiqət hesab ediblər (“gör-gör, kor-kor”, “aşıq gördüyünü çağırar”, “dünya gör-götür dünyasıdır”…). Görcək sözü tədricən gerçək şəklini kəsb edib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)... Ətraflı