göy

Axtarış nəticələri

1

göy 1

göy sözünün izahı. göy sözünün mənası

1. Yer üzünün üzərində mavi bir qübbə kimi görünən fəza, boşluq; yer üzünü əhatə edən kainat boşluğu; ənginlik, hava. □ Göydə ulduzlar sayrışır. Gö...    Ətraflı

göy 2

göy sözünün izahı. göy sözünün mənası

1. Səma rəngi; mavi; bu rəngdə olan. □ Göy rəng. Göy parça.
2. Zərbə, bərk bir şeyə toxunma və s. nəticəsində bədənin hər hansı bir yerində əmələ g...    Ətraflı

göy 3

göy sözünün izahı. göy sözünün mənası

1. Yaşıl. □ Göy meşə. Göy göz.
2. Yetişməmiş, dəyməmiş, kal. □ Göy meyvə.
3. İsim kimi: yeyilən və xörəyə işlənən otlar;göy, şəbzavat. □ İki dəstə...    Ətraflı

göy 4

göy sözünün izahı. göy sözünün mənası

Simic, xəsis. □ Göy adam....    Ətraflı

göy 5

göy sözünün izahı. göy sözünün mənası

Kürəkən, ata üçün qızın əri....    Ətraflı

2

göy 1

göy sözünün mənşəyi, göy sözünün etimologiyası

Belə zənn edirəm ki, bu sözün rənglə əlaqəsi yoxdur. O, “od” mənasını verən göy (küy) kəlməsi ilə bağlıdır və günəşə, ulduza, ildırıma görə od mənalı sözlə ad­­landırılıb. Göy öskürək (qaqauzlar buna “yorğaca”, yəni “silkələyən” deyirlər) bir­ləşməsindəki göy sözü də “yandırmaq” anlamı ilə bağlıd...    Ətraflı

göy 2

göy sözünün mənşəyi, göy sözünün etimologiyası

Xəsis sözünün sinonimidir, “yanmaq” anlamını əks etdirən göy (gün, göy...) kəlməsi ilə bağlıdır: xəsis adam başqasına bir şey verdikdə sanki od tutub yanır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

göy 3

göy sözünün mənşəyi, göy sözünün etimologiyası

Kürəkən əvəzinə, bəzi hallarda göy də işlədirik. Adaxlı qıza bir vaxtlar güvəy (qüvəy), adaxlı oğlana isə güvəyi (qüvəyi) deyiblər. Hər iki halda sözün kökü quda kəlməsinə gedib çıxır. Elə kürəkən sözünün özü də quda ilə qohumdur. Tuva di­lin­də toy əvəzinə kuda sözünü işlədirlər. Onlar сватать s...    Ətraflı

3

göy

Yaşıl rəng mənasında. (“Koroğlu” dastanının lüğəti)
“Kitabi- Dədə Qorqud”da yaşıl sözü işlənməsə də, “Koroğlu”da bir neçə yerdə rast gəlinir. Bununla yanaşı, yaşıl mənasında göy sözü də işlənir.
Du...    Ətraflı

4

göy 1

Bax: gev. □ Göy də adamın bir oğludu elə (Gədəbəy); Mə:m göyüm heş bir işin qulpunnan yapışmır (Tovuz)....    Ətraflı

göy 2

Xəsis. □ Göy olma, dur bu toğlunun birni kəs yiəx' (Şəmkir)....    Ətraflı

göy 3

Yetişməmiş (meyvə)....    Ətraflı

göy 4

Göycəqarğa. □ Göy də quşdu....    Ətraflı

5

göy balina

Məməlilər sinfinin kürəkayaqlılar dəstəsinə aid olan növ.
G.B. yer üzündə ən böyük heyvandır. Orta uzunluğu 24 m-ə qədərdir. 1909-cu ildə çəkisi 200 ton olan 33 m 58 sm uzunluqda G.B. təsadüf olunu...    Ətraflı

6

göy cisimləri

Kosmosda yerləşən obyektlər.  Göy cisimlərinə kometalar, planetlər, meteoritlər, asteroidlər, ulduzlar və digər bu kimi obyektlər aiddir....    Ətraflı

7

göy dəmir

Tünd kül rəngində olan; dərisi göy və üstündə ağ xalları olan (at haqqında). (“Koroğlu” dastanının lüğəti)
...gördü ki, bir göydəmir atdı, üstündə də bir enni kürəkli, alçax boylu, qırmızı gözdü bi...    Ətraflı

8

göy ekran

Bax: göy ölüm ekranı....    Ətraflı

9

göy ekvatoru

Dünyanın oxuna perpendikulyar olan və fəza müstəvisi Yer ekvatorunun müstəvisi ilə üst-üstə düşən xəyali dairə.  G.E. göy qübbəsini Şimal və Cənub yarımkürələrinə bölür....    Ətraflı

10

göy gurultusu

Atmosferdə elektrik boşalması hadisəsini (ildırım) müşayiət edən səs.  İldırımın yolunda on minlərlə dərəcəyədək qızan havanın təzyiqi ani olaraq kəskin artır, o, dal...    Ətraflı

11

göy ilə yer qədər

göy ilə yer qədər frazeoloji birləşməsinin mənası. göy ilə yer qədər idiomunun izahı

daha çox, hədsiz, həddən artıq....    Ətraflı

12

göy ölüm ekranı

Kompüterin əməliyyat sistemində kritik səhvə yol verildikdə ­mo­­­­nitorun göy rəngli ekranına çıxarılan xəbər­darlıq. □ Bu, faktik olaraq sistemin...    Ətraflı

13

göy üzünü tutmaq

göy üzünü tutmaq frazeoloji birləşməsinin mənası. göy üzünü tutmaq idiomunun izahı

çox olmaq, hədsiz dərəcədə geniş yayılmaq....    Ətraflı

14

göy-dəmir

göy-dəmir sözünün izahı. göy-dəmir sözünün mənası

Tünd kül rəngində olan, dərisi göy və üstündə ağ xalları olan (at haqqında). □ Göy-dəmir madyan....    Ətraflı

15

göy-göyərti

göy-göyərti sözünün izahı. göy-göyərti sözünün mənası

Yeyilən və xörəyə işlənən otlar; göy, səbzəvat. □ Göyərti almaq....    Ətraflı

16

göy-yaşıl

göy-yaşıl sözünün izahı. göy-yaşıl sözünün mənası

Göylə yaşıl arasında olan, həm göyə, həm də yaşıla çalan. □ Göy-yaşıl parça....    Ətraflı

17

göyala

Yetişməmiş, dəyməmiş, kal....    Ətraflı

19

göybuynuz

Üçillik camış düyəsi. □ Göybuynuz yaman anqırır, də:n kalə:lir (kələ gəlir)....    Ətraflı