- Buzu gün əridər, insanı xəcalət. (Azərbaycan)
- Dəmir dəmiri kəsər. (Azərbaycan)
- Su gərək quyunun dibindən çıxsın, quyuya su tökməklə sulu olmaz. (Azərbaycan)
- Un kəpəksiz olmaz. (Azərbaycan)
- Çiy yumurta soyulmaz. (Azərbaycan)
- Ət sümüksüz olmaz. (Azərbaycan)
- Daş düşdüyü yerdə qalar. (Azərbaycan)
- Dəniz tufansız olmaz. (Azərbaycan)
- Suda boğulan saman çöpündən yapışar. (Azərbaycan)
- Su yaranıb axmağa, göz yaranıb baxmağa! (Azərbaycan)
- Diş yox ikən dodaq var idi. (Azərbaycan)
- Qarnım üçün deyil, qədrim üçündür. (Azərbaycan)
- Qarın başa bəladır. (Azərbaycan)
- Az idi arıq-uruq, biri də gəldi dabanı cırıq. (Azərbaycan)
- Boynu uzun, beyni boş, tut qulağından cütə qoş! (Azərbaycan)
- Kosa getdi saqqal gətirə, bığı da qoydu gəldi! (Azərbaycan)
- Gəldi əcəl, vermədi macal. (Azərbaycan)
- Zurnaçı zorunu püfünə verər. (Azərbaycan)
- İstədiyim yar idi, yetirdi pərvərdigar. (Azərbaycan)
- Gözdən uzaq, könüldən iraq. (Azərbaycan)