Reklam
Reklam
  • Bir ağacdan kürək də düzəlir, bel də. (Gürcü)
  • Bazarda şamın bahalaşmağının dərdi kora qalmayıb. (Gürcü)
  • Batan günəş, doğan aya çəpəki baxar. (Gürcü)
  • Barmağın ağrısını ürək bilər, ürəyin ağrısını heç kəs. (Gürcü)
  • Axmaz su iylənər. (Gürcü)
  • Hər saqqalı olana ağsaqqal deməzlər. (Azərbaycan)
  • Ağız torba deyil, büzəsən. (Azərbaycan)
  • Yuxarı tüpürürəm – bığ, aşağı tüpürürəm – saqqal! (Azərbaycan)
  • Zurnanı versən naşı əlinə, gen tərəfindən üfləyər. (Azərbaycan)
  • Gözəllik ondur, doqquzu dondur! (Azərbaycan)
  • Dəmir islanmaz, dəli utanmaz. (Azərbaycan)
  • Araba qırılanda yol göstərən çox olar. (Azərbaycan)
  • Mal yiyəsinə oxşar. (Azərbaycan)
  • Yaz dumanı bar gətirər, qış dumanı qar. (Azərbaycan)
  • Bir gül ilə bahar olmaz. (Azərbaycan)
  • Vaxtsız banlayan xoruzun başını kəsərlər. (Azərbaycan)
  • Hər gecənin bir gündüzü var. (Azərbaycan)
  • Qışın qarı, yayın barı (Azərbaycan)
  • Boyunduruqdan qaçan öküzü kəsərlər. (Azərbaycan)
  • Divarı nəm yıxar, insanı qəm. (Azərbaycan)