- Qırıq qanadla qartal da uça bilməz. (Gürcü)
- Qarğanı xanım kimi bəslədilər, ancaq o, qarıldamağından qalmadı ki, qalmadı. (Gürcü)
- Qarışqanı ayağa qoy, başa çıxacaq. (Gürcü)
- Qarışqanın gözü yox idi, Allahdan kirpik diləyirdi. (Gürcü)
- Kəl ilə kəlləyə gələn buğa buynuzsuz qalar. (Gürcü)
- İt olmayan vilayətdə pişiklər hürər. (Gürcü)
- İnək duza aldanar, insan sözə. (Gürcü)
- İlanın çölü ala-buladır, insanın — içərisi. (Gürcü)
- İlan qabığını dəyişər, ürəyini yox. (Gürcü)
- Fırçalasan da, qara qarğa ağarmaz. (Gürcü)
- Əgər canavar səni dəvət etsə, onun yanına get, amma itini də özünlə apar. (Gürcü)
- Eşşəyin qulağını mişar ilə kəsirmişlər, bu nə səsdir deyirmiş. (Gürcü)
- Eşşəkdən yıxılmaqdansa, atdan yıxılmaq yaxşıdır. (Gürcü)
- Bir it iki dovşanı birdən tuta bilməz. (Gürcü)
- Balina həzm edə bilmədiyini udmur. (Gürcü)
- Balığa çayda qiymət verməzlər. (Gürcü)
- Ayı min cür atılıb-düşür, ancaq cır almanın altında. (Gürcü)
- Atdan düşən, eşşəyə minməz. (Gürcü)
- Ac köpək yiyəsini də qapar. (Gürcü)
- Qızılquş əldə gəzər, gözəl qız dildə! (Azərbaycan)