Reklam
Reklam
  • On dərviş bir həsir üstə yatar, amma iki şah bir səltənətə sığmaz. (Gürcü)
  • Oğrunun əlinə heç nə keçmədi, öz papağını oğurladı. (Gürcü)
  • Qorxaq gedəndə öyünər, cəsarətli — qayıdanda. (Gürcü)
  • Qar da ağdır, amma bütün aləm onu tapdalayır. (Gürcü)
  • Qaçan da Allaha yalvarır, tutan da. (Gürcü)
  • Keçiyə arxadan, ata qabaqdan, insana hər tərəfdən yanaş. (Gürcü)
  • Keçəl gileyləndi ki, daraq bahalaşıb. (Gürcü)
  • Günəşə kim çirkab atsa, öz başına düşər. (Gürcü)
  • Bütün quyulara tüpürsən, suyu haradan içərsən?! (Gürcü)
  • Bir şey demək istəyirsənsə, əvvəlcə bax gör kimə deyirsən. (Gürcü)
  • Ağac yıxılanda — baltalı, baltasız, hamı qaçır üstünə. (Gürcü)
  • Aclıq gələndə utancaqlıq yox olur. (Gürcü)
  • Xəta məndən, əta səndən! (Azərbaycan)
  • Ağıllı fikirləşincə dəli çayı keçdi. (Azərbaycan)
  • Ortada yeyir, qıraqda gəzir. (Azərbaycan)
  • Sayanın quluyam, saymayanın ağası! (Azərbaycan)
  • Qaş düzəltdiyi yerdə gözünü çıxartdı. (Azərbaycan)
  • Keçi can hayında, qəssab piy axtarır. (Azərbaycan)
  • Kor nə istər? – İki göz! Biri əyri, biri düz! (Azərbaycan)
  • Harada aşdır, orada başdır. (Azərbaycan)