Reklam
Reklam
  • İnək su içər-süd olar, ilan su içər-zəhər. (Ləzgi)
  • Toyuq yumurtasına görə qaqqıldar. (Ləzgi)
  • İgidin qədrini igid bilər, gülün qədrini bülbül. (Ləzgi)
  • Arifə bir söz bəsdir, eşşəyə bir əsa. (Ləzgi)
  • Öz yuvasında siçan da aslandır. (Ləzgi)
  • Donuz xortlamağı böyüyündən öyrənər. (Ləzgi)
  • Sən görən kolda dovşan qalmayıb. (Ləzgi)
  • At olmayan yerdə eşşək də atdır. (Ləzgi)
  • Aciz eşşəyə hər kəs minər. (Ləzgi)
  • Ara xəlvət olanda tülkü bəy olar. (Ləzgi)
  • Mənə düşmən olmayan qurd min il yaşasın. (Kürd)
  • Ayının yeddi mahnısı var, hamısı da bir armudun üstündə. (Kürd)
  • Qurdun adı çıxıb, tülkü dünyanı dağıtdı. (Kürd)
  • Bal oğurlayanın cəzasını arı özü verir. (Kürd)
  • Düşmənin qarışqa da olsa, yenə ehtiyatını gör. (Kürd)
  • Çobanın könlü istəsə, təkədən süd sağar. (Kürd)
  • Tülkü aslanın yerinə keçdi, hər yanı viran etdi. (Kürd)
  • Tülkü yeyə bilmədiyi üzümə “iylənib” deyər. (Kürd)
  • İlanın balası zəhərsiz olmaz. (Kürd)
  • Adam kimi işlə, aslan kimi ye. (Kürd)