Reklam
Reklam
  • Pulsuz ol, abırsız olma. (Saxur)
  • Xörək başqasının, qarın sənindir. (Saxur)
  • Xətrə toxunası sözü ağzından çıxarma. (Saxur)
  • Pambıq üstə axsayandır. (Saxur)
  • Hər çağırılan yerə getməzlər. (Saxur)
  • Görüləsi işi bir ay qabaq gör. (Saxur)
  • Evdə umac bişirə bilməyən, kənd üçün plov bişirir. (Saxur)
  • Onun ipinin üzərində çovdar qurutmaq olmaz. (Saxur)
  • Ayaqlarını su aparır, başı isə göydədir. (Saxur)
  • Nə uzanıbsan, elə bil yüz qoyun qazanıbsan? (Saxur)
  • Çayı görməmiş çırmalanma. (Saxur)
  • Elə yerdə otur ki, durğuzmasınlar. (Ləzgi)
  • Dili bal, işi bəla. (Ləzgi)
  • Çaya çatmamış şalvar çıxarmazlar. (Ləzgi)
  • Kor tutduğunu buraxmaz. (Ləzgi)
  • Kor kora xox gələr. (Ləzgi)
  • Borc ilə çaxır içən iki dəfə keflənər. (Ləzgi)
  • Su içdiyin bulağın gözünə daş atma. (Kürd)
  • Ürək süfrədir ki, hər yetənin önündə açasan? (Kürd)
  • Dəlilər dəli deyil, onlara inananlar dəlidir. (Kürd)