- Dostun yoxsa – axtar, tapdın – qoru. (Azərbaycan)
- Dostunun dostu sənin də dostundur. (Azərbaycan)
- Dostun versə qum, sən onu ovcunda yum! (Azərbaycan)
- Dostunu mənə söylə, sənin kim olduğunu deyim. (Azərbaycan)
- Dost min isə – azdır, düşmən bir isə – çoxdur. (Azərbaycan)
- Dost dostu dar gündə sınayar. (Azərbaycan)
- Dost dosta tən gərək, tən olmasa, gen gərək!
Dəvəçi ilə dost olanın darvazası gen gərək!
(Azərbaycan)
- Dost başa baxar, düşmən ayağa! (Azərbaycan)