Reklam
Reklam
  • Kürkü yayda al, orağı qışda. (Azərbaycan)
  • Yel əsəndə yellənir, yol görəndə yollanır. (Azərbaycan)
  • Yel aparan yelinki, yerə qalan mənimki. (Azərbaycan)
  • Gündüz çıraq yandıran axşam qaranlıqda qalar. (Azərbaycan)
  • Axşamın xeyrindən gündüzün şəri yaxşıdır. (Azərbaycan)
  • Gecə qara, cücə qara. (Azərbaycan)
  • Yayda işlə, qışda dişlə. (Azərbaycan)
  • Ölmə, eşşəyim, ölmə, yaz gələr, yonca bitər. (Azərbaycan)
  • Yazda çalan qışda oynar. (Azərbaycan)
  • Yaz var, qış var, nə tələsik iş var? (Azərbaycan)
  • Cəfa çəkməyən şəfa görməz! (Azərbaycan)
  • İstəyirsən bal-çörək, al əlinə bel-kürək! (Azərbaycan)
  • Torpaq deyər: "Öldür məni, dirildim səni". (Azərbaycan)
  • Adamı qeyrət işlədər, dəyirmanı su! (Azərbaycan)
  • Dərziyə köç dedilər, iynəsini yaxasına sancdı. (Azərbaycan)
  • Dəyirmanda doğulan siçan göy gurultusundan qorxmaz. (Azərbaycan)
  • Qayış nə bilir öküz nə çəkir?! (Azərbaycan)
  • Sən ağa, mən ağa, inəkləri kim sağa?! (Azərbaycan)
  • Halva-halva deməklə ağız şirin olmaz. (Azərbaycan)
  • Çörəyi ver çörəkçiyə. Bir çörək də üstəlik. (Azərbaycan)