- Pis söz qəlp puldur, yiyəsinə qayıdar. (Azərbaycan)
- Sözün yalanı olmaz, yanlışı olar. (Azərbaycan)
- Sözün doğrusunu uşaqdan xəbər al! (Azərbaycan)
- Sözün düzünü zarafatla deyərlər! (Azərbaycan)
- Sözü sən at, yiyəsi götürər. (Azərbaycan)
- Sözü ağzında bişir, sonra çıxart. (Azərbaycan)
- Söz gəzdirən adamdan qorx! (Azərbaycan)
- Söz danışıqdan keçər. (Azərbaycan)
- Ev kimindir? – oturanın, söz kimindir? – götürənin. (Azərbaycan)
- Atalar sözünün başı vicdan qorxusudur. (Azərbaycan)
- Atalar sözü öyüddür bizə. (Azərbaycan)
- Atalar sözü mühakimə olunmaz. (Azərbaycan)
- Atalar sözü hikmətdir. (Azərbaycan)
- Atalar sözü bazarda satılmaz. (Azərbaycan)
- Söz var, gələr, keçər, söz var, dələr, keçər. (Azərbaycan)