- Zəncir yalnız ən zəif halqası qədər güclüdür. (İngilis)
- Yuvarlanan daş mamır yığmır. (İngilis)
- Yaşlanmaq hər vaxt müdriklik gətirmir, bəzən tənhalıq gətirir. (İngilis)
- Uzaqdan cəsur görünmək asandır. (İngilis)
- Uğur – həvəsinizi itirmədən bir uğursuzluqdan digərinə gedə bilməkdir. (İngilis)
- Gözlərinizi ulduzlarda, ayaqlarınızı yerdə saxlayın. (İngilis)
- Gözəl quşu gözəl edən yalnız gözəl tükləri deyil. (İngilis)
- Ən pis yaxşı gün həmişə ən yaxşı pis gündən daha yaxşıdır. (İngilis)
- Donuzdan bir tük qoparmaq da xeyirdir. (Tat)
- Yovşan tumundan palıd cücərməz. (Tat)
- Dəvə oynayanda qar yağar. (Tat)
- Ölünün gözü dirinin ardınca olar. (Tat)
- Bir arxa ki su gəldi, ümid var bir də gələ. (Tat)
- Daşqın əvvəl kol-kos gətirər. (Talış)
- Pulun vəfası olsaydı, əlbəəl gəzməzdi. (Talış)
- Hər xurcun çiynində olan dərviş deyil. (Talış)
- Hər Fironun Musası var. (Talış)
- Talışın xətrinə dəymə, mahalı süpürgəyə verər! (Talış)
- Sınan qolun əziyyətini boyun çəkər. (Talış)
- Böyüyə bilərsən, böyük ola bilməzsən. (Saxur)