Reklam
Reklam
  • Bu gün dağı qaldıra bilən adam nə vaxtsa kiçik daşları daşımaqdan başlayıb. (Çin)
  • Müəllimlər sizin üçün qapını aça bilər, ancaq içəri özünüz girməlisiniz. (Çin)
  • Təslim olmaq istəyi qələbəyə az qalmış xüsusilə güclü olur. (Çin)
  • İşləməyən dəmiri öz pası məhv edər, insanı da tənbəlliyə vərdiş etməsi. (Hind)
  • Küləyin istiqamətini dəyişə bilməsək də, yelkənlərimizi ona uyğun tənzimləyə bilərik. (Hind)
  • Havayı oturmaqdansa, havayı işləmək yaxşıdır. (Gürcü)
  • Daş nə qədər ki yerindədir — ağırdır, tərpətdin — yüngül gələcək. (Gürcü)
  • Adı itirməkdənsə, başı itirmək yaxşıdır. (Gürcü)
  • Könlü yemiş istəyən dolanar tağ başına. (Azərbaycan)
  • Könlü balıq istəyən quyruğunu suya vurar. (Azərbaycan)
  • Yazda oynayar, gülər, qışda acından ölər. (Azərbaycan)
  • Yaz günündə tərləməyən qış günündə titrəyər. (Azərbaycan)
  • Yaz əkinçi, qış dilənçi. (Azərbaycan)
  • Yaz bitirir, yay yetirir, payız gətirir, qış aparır. (Azərbaycan)
  • Yayda kölgədə yatan qışda qar üstə yatar. (Azərbaycan)
  • Yayda kölgə xoş, qışda çuval boş. (Azərbaycan)
  • Yayda işləyən qışda dişləyər. (Azərbaycan)
  • Yayda başı bişənin qışda aşı bişər. (Azərbaycan)
  • Ağıllı kişi qışın qeydinə yayda qalar. (Azərbaycan)
  • Qalan işə qar yağar! (Azərbaycan)