- Varlı kişi ya təzə ev tikər, ya da təzə arvad alar. (Ləzgi)
- Keçəlin bəxti yeyin olar. (Ləzgi)
- Dili bal, işi bəla. (Ləzgi)
- Kələklə gələn, küləklə gedər. (Ləzgi)
- Xəncər ləzgiyə yaraşar. (Ləzgi)
- Öz yuvasında siçan da aslandır. (Ləzgi)
- Çaya çatmamış şalvar çıxarmazlar. (Ləzgi)
- Vətən eldir, xalq - ailə. (Ləzgi)
- Donuz xortlamağı böyüyündən öyrənər. (Ləzgi)
- Sən görən kolda dovşan qalmayıb. (Ləzgi)
- Kor tutduğunu buraxmaz. (Ləzgi)
- Kor kora xox gələr. (Ləzgi)
- Atası turşu yemiş, balasının dişi qamaşmış. (Ləzgi)
- Kar iki dəfə gülər. (Ləzgi)
- At olmayan yerdə eşşək də atdır. (Ləzgi)
- Uşaqlı ev bazar, uşaqsız ev məzar. (Ləzgi)
- Plov bişirməyə söz yox, düyü ilə yağ gərəkdir. (Ləzgi)
- Aciz eşşəyə hər kəs minər. (Ləzgi)
- Ara xəlvət olanda tülkü bəy olar. (Ləzgi)
- Alçalıb qalmaqdansa, yüksəlib ölmək yaxşıdır. (Ləzgi)