Reklam
Reklam
  • Namərdin qanadı altında olmaqdansa, qartalın caynağında olmaq yaxşıdır. (Ləzgi)
  • Qonaq üç günlük olar. (Ləzgi)
  • Dəvənin dərisi eşşəyə yüküdür. (Ləzgi)
  • Siçan çıxdı yuvasından, yuvasını bəyənmədi. (Ləzgi)
  • Təki baş sağ qalsın, papaq tapılar. (Ləzgi)
  • İki evin urvasından üç fətir olar. (Ləzgi)
  • Dənizə daş atmaqla suyu bulanmaz. (Ləzgi)
  • Qəriblikdə padşah olmaqdansa, vətəndə nökər olmaq yaxşıdır. (Ləzgi)
  • Qarğadan gözəl quş istədilər, balasını gətirdi. (Ləzgi)
  • Elə yerdə otur ki, durğuzmasınlar. (Ləzgi)
  • İtdən törəyən it olar. (Ləzgi)
  • Kasıb hamama gedər, isti su buz bağlayar. (Ləzgi)
  • Kasıb bacını doğma qardaş da istəməz. (Ləzgi)
  • İnək su içər-süd olar, ilan su içər-zəhər. (Ləzgi)
  • Toyuq yumurtasına görə qaqqıldar. (Ləzgi)
  • İgidin qədrini igid bilər, gülün qədrini bülbül. (Ləzgi)
  • Arifə bir söz bəsdir, eşşəyə bir əsa. (Ləzgi)
  • Dosta borc vermə, hər ikisi əldən gedər. (Ləzgi)
  • Qıfılsız dil baş ağrıdar. (Ləzgi)
  • Əl mərd olar, göz namərd. (Ləzgi)