- İlanın balası zəhərsiz olmaz. (Kürd)
- Adam kimi işlə, aslan kimi ye. (Kürd)
- Özgə quzudan bizə qoç olmaz. (Kürd)
- Qadın qaladı, kişi məhbus. (Kürd)
- “Yoldaş, yoldaş” deyən dostun ardınca getmə. (Kürd)
- Bir günlük aslan ol, bir illik tülkü olma. (Kürd)
- Yaxşı atım olsun, nalı olmasa da olar. (Kürd)
- Dünyaya görə danış, ağlına görə iş gör. (Kürd)
- Yük uzunqulağa gəlməsə, uzunqulaq yükə gedər. (Kürd)
- Ağıldan yüngül olanın yuxusu ağır olur. (Kürd)