- Yavaşımaqdan deyil, dayanmaqdan qorx. (Çin)
- Təslim olmaq istəyi qələbəyə az qalmış xüsusilə güclü olur. (Çin)
- Elm ağıllı adama xoşbəxtlik verər, axmağa isə bədbəxtlik. (Çin)
- Ağıllı adam dəlini danlamaz. (Çin)
- Ağac nə qədər yüksək olursa olsun, yarpaqları yenə də yerə tökülər. (Çin)
- Öyrənib düşünməmək – heç nə öyrənməmək deməkdir, düşünüb öyrənməmək – təhlükəli yola düşmək deməkdir. (Çin)
- Keçmişi unutmayın, o gələcəkdə sizə müəllim olacaq. (Çin)
- Böyük çay sakit axar, ağıllı insan səsini qaldırmaz. (Çin)