- İynə hara gedirsə, sap da onun ardınca gedir. (Hind)
- Bir çox şey diqqətimizi cəlb etsə də, biz sadəcə qəlbimizə toxunanların arxasınca gedirik. (Hind)
- Sən doğulanda ağlayırdın, amma dünya sevinirdi. Elə bir həyat yaşa ki, dünyadan köçəndə dünya ağlasın, sən isə sevinəsən. (Hind)
- Başqa bir insandan üstün olmaq üstünlük demək deyil. Əsl üstünlük özünün əvvəlki halından üstün olmaqdır. (Hind)
- Ayaqqabım yox idi deyə şikayət edirdim, ta o vaxta kimi ki ayağı olmayan bir insan gördüm. (Hind)
- Bu gün keçmişdə olan şeylər, bir vaxtlar gələcəkdə idi. (Hind)
- Oğru hamının oğurluq etdiyini düşünür. (Hind)
- Sevginin hökmran olduğu yerdə mümkünsüz görünən şey də gerçəkləşər. (Hind)
- Pələngi yaratdığı üçün tanrını günahlandırmayın, ona qanad vermədiyi üçün şükür edin. (Hind)
- Şikayət etmək zəif insanın silahıdır. (Hind)
- İki insanın dost ola bilməsi üçün biri mütləq səbirli olmalıdır. (Hind)
- Küləyin istiqamətini dəyişə bilməsək də, yelkənlərimizi ona uyğun tənzimləyə bilərik. (Hind)