Reklam
Reklam
  • Bir it iki dovşanı birdən tuta bilməz. (Gürcü)
  • Bir ağacdan kürək də düzəlir, bel də. (Gürcü)
  • Bazarda şamın bahalaşmağının dərdi kora qalmayıb. (Gürcü)
  • Batan günəş, doğan aya çəpəki baxar. (Gürcü)
  • Barmağın ağrısını ürək bilər, ürəyin ağrısını heç kəs. (Gürcü)
  • Balina həzm edə bilmədiyini udmur. (Gürcü)
  • Balığa çayda qiymət verməzlər. (Gürcü)
  • Bacı qardaşdan ötrü öldü, qardaş bacıdan ötrü yox. (Gürcü)
  • Ayı min cür atılıb-düşür, ancaq cır almanın altında. (Gürcü)
  • Atdan düşən, eşşəyə minməz. (Gürcü)
  • Arxanı kimə söykəyirsən, dalına daş yükləyir. (Gürcü)
  • Ağıllı, lakin savadsız insan, əli qandallı aslan kimidir. (Gürcü)
  • Ağıllı ilə vuruşmaq, axmaqla yeyib-içməkdən yaxşıdır. (Gürcü)
  • Ağac yıxılanda — baltalı, baltasız, hamı qaçır üstünə. (Gürcü)
  • Axmaz su iylənər. (Gürcü)
  • Axmaq qonşudan od da götürmə. (Gürcü)
  • Adı itirməkdənsə, başı itirmək yaxşıdır. (Gürcü)
  • Ac köpək yiyəsini də qapar. (Gürcü)
  • Aclıq gələndə utancaqlıq yox olur. (Gürcü)