- Qaçan da Allaha yalvarır, tutan da. (Gürcü)
- Qabaqda duran düşmən, dalda duran dostdan yaxşıdır. (Gürcü)
- Kəndirin uzunu yaxşıdır, sözün qısası. (Gürcü)
- Kəndin alt başında yalandır dedim, üst başına gəldim mən də inandım. (Gürcü)
- Kəl ilə kəlləyə gələn buğa buynuzsuz qalar. (Gürcü)
- Keçiyə arxadan, ata qabaqdan, insana hər tərəfdən yanaş. (Gürcü)
- Keçəl gileyləndi ki, daraq bahalaşıb. (Gürcü)
- Kasıb gündə on dəfə ölür. (Gürcü)
- Karlar var deyə zənglər iki dəfə çalınmır. (Gürcü)
- İt olmayan vilayətdə pişiklər hürər. (Gürcü)
- İnək duza aldanar, insan sözə. (Gürcü)
- İlanın çölü ala-buladır, insanın — içərisi. (Gürcü)
- İlan qabığını dəyişər, ürəyini yox. (Gürcü)
- Havayı oturmaqdansa, havayı işləmək yaxşıdır. (Gürcü)
- Haqq ağacını daşda da əksən qurumaz. (Gürcü)
- Günəşə kim çirkab atsa, öz başına düşər. (Gürcü)
- Göz neyləsə də, qaşdan yuxarı çıxa bilməz. (Gürcü)
- Fırçalasan da, qara qarğa ağarmaz. (Gürcü)
- Ən ağır daşı su damcı-damcı damıb dələr. (Gürcü)
- Əgər canavar səni dəvət etsə, onun yanına get, amma itini də özünlə apar. (Gürcü)