Reklam
Reklam
  • Ət yeyən cücənin dimdiyi əyri olar. (Talış)
  • At işlədi, eşşək yedi. (Talış)
  • Hinin qapısı açıq olanda, fərələr də çıxar, beçələr də. (Talış)
  • Papiros çəkəni ilan vurmaz. (Talış)
  • Səninlə danışmaq, ya eşşək üçün təmbur çalmaq, birdir. (Talış)
  • İnəyi almamış deyir, buzovu harda bağlayım? (Talış)
  • İtin quyruğunu kəssən, qoyun olmaz. (Talış)
  • Şir nökər olmaz, tülkü ağa! (Talış)
  • İt əlacsız qalanda otlayar. (Talış)
  • Allah eşşəyi yaxşı tanıdığı üçün, ona buynuz vermədi! (Talış)
  • İndi çaqqallar baş kəsir, canavarın adı çıxıb. (Talış)
  • Dişlərini ağartma, it sümük üçün gəzir. (Talış)
  • Pişiyin dərdi iti öldürər. (Talış)
  • Keçiyə dedilər: Qış gəlir. Dedi: Hazıram titrəməyə. (Talış)