Reklam
Reklam
  • Yaxşılıq elə, at dəryaya,
    Balıq bilməsə, xaliq bilər.
    (Azərbaycan)
  • Ehtiyat igidin yaraşığıdır. (Azərbaycan)
  • Yıxılana balta çalmazlar. (Azərbaycan)
  • Yaxşılığa yaxşılıq hər kişinin işidir,
    Yamanlığa yaxşılıq mərd kişinin işidir.
    (Azərbaycan)
  • Yaxşı igidin adını eşit, üzünü görmə! (Azərbaycan)
  • Xain qorxaq olar. (Azərbaycan)
  • Qisas qiyamətə qalmaz. (Azərbaycan)
  • Qorxursan pişikdən, niyə çıxırsan deşikdən? (Azərbaycan)
  • Qorxan gözə çöp düşər. (Azərbaycan)
  • Qorxaq hər şeyi dörd görər. (Azərbaycan)
  • Qorxa-qorxa cənnətə gedincə, gülə-gülə
    cəhənnəmə get!
    (Azərbaycan)
  • İgidin başı qalda gərək! (Azərbaycan)
  • İgid odur, atdan düşə, atlana,
    İgid odur, hər əzaba qatlana!
    (Azərbaycan)
  • İgid basdığını kəsməz. (Azərbaycan)
  • İgid qovğasız olmaz. (Azərbaycan)
  • Qanlını qan tutar! (Azərbaycan)
  • Qanı qan ilə yumazlar. (Azərbaycan)
  • Vuran igid dayısına baxmaz! (Azərbaycan)
  • Vura bilməyən daşın böyüyündən yapışar. (Azərbaycan)
  • Keçmə namərd körpüsündən, qoy aparsın sel səni. (Azərbaycan)