Reklam
Reklam
  • Dosta borc pul vermə – hər ikisi əldən gedər. (Azərbaycan)
  • Ağlamayan uşağa süd verməzlər. (Azərbaycan)
  • Uşaqlı evdə qeybət olmaz. (Azərbaycan)
  • Uşağa yüz öyrət, gördüyünü deyəcək. (Azərbaycan)
  • Uşağı buyur, dalınca yüyür! (Azərbaycan)
  • Bala baldan şirindir. (Azərbaycan)
  • Cavanlıqda daş daşı, qocalanda ye aşı! (Azərbaycan)
  • Qara qız bəzənincə toy əldən gedər. (Azərbaycan)
  • Oğul oğul olsa, neylər ata malını, oğul nabud olsa, neylər ata malını?! (Azərbaycan)
  • Oğul günahsız olmaz, ata mərhəmətsiz. (Azərbaycan)
  • Oğul bəd övlad olsa, öldürər dərd atanı. (Azərbaycan)
  • Oğul arxadır, qız yaraşıqdır. (Azərbaycan)
  • Oğlum oğul olsun, ona tapılmayan qız olsun. (Azərbaycan)
  • Oğlanın oğlan oyunu var, qızın – qız oyunu. (Azərbaycan)
  • Oğlana balacalıqda qız verən çox olar. (Azərbaycan)
  • Oğlan dayıya çəkər, qız – xalaya. (Azərbaycan)
  • Od qalar, köz olar, qız qalar, söz olar. (Azərbaycan)
  • Qız evində toydur, oğlan evinin xəbəri yox. (Azərbaycan)
  • Qız yükü – duz yükü. (Azərbaycan)
  • Qız evlərdə tanınar, ipək – dəzgahda. (Azərbaycan)