Reklam
Reklam
  • Lay-lay başa düşürsən, niyə yatmırsan?! (Azərbaycan)
  • Beş gün yaraq, bir gün gərək! (Azərbaycan)
  • İstədi qaşın düzəldə, vurdu gözün çıxartdı! (Azərbaycan)
  • Tutdu – qatıq, tutmadı – ayran! (Azərbaycan)
  • Qızılquş əldə gəzər, gözəl qız dildə! (Azərbaycan)
  • Ət yeyən quş dimdiyindən bəlli olar. (Azərbaycan)
  • Toyuq qaz yerişi yerisə, öz yerişini də itirər. (Azərbaycan)
  • Ac toyuq yuxuda darı görər! (Azərbaycan)
  • Tovuz quşunu tükünə görə kəsərlər. (Azərbaycan)
  • Qırqovul başını soxar kola, deyər heç kəs məni görmədi. (Azərbaycan)
  • Qarğadan gözəl quş istədilər, balasını göstərdi. (Azərbaycan)
  • Can verirsən, boz sərçəyə ver, qaranquş gəldi-gedərdir! (Azərbaycan)
  • Bayquş xarabalıq sevər. (Azərbaycan)
  • Qərib quşun yuvası olmaz. (Azərbaycan)
  • Alıcı quş dimdiyindən bilinər. (Azərbaycan)
  • Quş qanadı ilə, adam adı ilə! (Azərbaycan)
  • Xoruzun vəzifəsi banlamaqdır. (Azərbaycan)
  • Xoruzun altında yumurta axtarır! (Azərbaycan)
  • Xoruz banlamasa, səhər açılmaz?! (Azərbaycan)
  • Toyuq bir su içər, bir yuxarı baxar! (Azərbaycan)