- Arvadı əri saxlar, pendiri dəri. (Azərbaycan)
- Ana ürəyi, dağ çiçəyi. (Azərbaycan)
- Ana qəlbi kövrək olar. (Azərbaycan)
- Ana evin dirəyidir. (Azərbaycan)
- Anadan olmayan qardaş sayılmaz. (Azərbaycan)
- Anasından qabağa düşən quzunu qurd yeyər! (Azərbaycan)
- Anasına bax, qızını al, qırağına bax – bezini. (Azərbaycan)
- Ana qızına taxt verər, ata qızına bəxt! (Azərbaycan)
- Arvadsız ev – susuz dəyirman! (Azərbaycan)
- Arvad yıxan evi, fələk də yıxa bilməz. (Azərbaycan)
- Arvad var, ev tikər, arvad var, ev yıxar. (Azərbaycan)
- Ər ilə arvadın torpağı bir yerdən götürülüb. (Azərbaycan)
- Ər-arvadın savaşı – yaz gününün yağışı! (Azərbaycan)
- Qocaya hörmət elə; sən də qocalarsan. (Azərbaycan)
- Qocaların biliyi, cavanların biləyi. (Azərbaycan)
- Qoca evin sütunudur. (Azərbaycan)
- Kişisi olmayan evin ruzisi olmaz. (Azərbaycan)
- Vaxtı itirsən hədər, görərsən böyük zərər. (Azərbaycan)
- Cücəni payızda sayarlar. (Azərbaycan)
- Oynamaq bilmir, deyir: yerim dardır! (Azərbaycan)