Reklam
Reklam
  • Oğul günahsız olmaz, ata mərhəmətsiz. (Azərbaycan)
  • Oğul bəd övlad olsa, öldürər dərd atanı. (Azərbaycan)
  • Oğul arxadır, qız yaraşıqdır. (Azərbaycan)
  • Oğlum oğul olsun, ona tapılmayan qız olsun. (Azərbaycan)
  • Oğlanın oğlan oyunu var, qızın – qız oyunu. (Azərbaycan)
  • Oğlana balacalıqda qız verən çox olar. (Azərbaycan)
  • Oğlan dayıya çəkər, qız – xalaya. (Azərbaycan)
  • Od qalar, köz olar, qız qalar, söz olar. (Azərbaycan)
  • Qız evində toydur, oğlan evinin xəbəri yox. (Azərbaycan)
  • Qız yükü – duz yükü. (Azərbaycan)
  • Qız evlərdə tanınar, ipək – dəzgahda. (Azərbaycan)
  • Qız – qızıl alma, qızı gözdən salma. (Azərbaycan)
  • Qız ağacı – qoz ağacı, hər gələn bir daş atar. (Azərbaycan)
  • Oğlan yetir, qız yetir, yükü yenə sən gətir! (Azərbaycan)
  • Qızın isməti – atanın dövləti! (Azərbaycan)
  • Qızlığı nə idi ki, gəlinliyi nə ola?! (Azərbaycan)
  • Qızım, sənə deyirəm, gəlinim, sən eşit. (Azərbaycan)
  • Qızı vermisən, özünə oğul qazanmısan. (Azərbaycan)
  • Qızı saldın beşiyə, çək cehizi eşiyə. (Azərbaycan)
  • Qız özgə əmanətidir. (Azərbaycan)