Reklam
Reklam
  • Qonaq birinci gün qızıldır, ikinci gün – mis. (Azərbaycan)
  • Qonaq bərəkət gətirər. (Azərbaycan)
  • Qonağa görə süfrə açarlar. (Azərbaycan)
  • Qonağa "get" deməzlər, palazı altından çəkərlər. (Azərbaycan)
  • Qonağa "çörək yeyirsən?" deməzlər. (Azərbaycan)
  • Qonağın ruzisi özündən qabaq gələr. (Azərbaycan)
  • Qonaq sevənin süfrəsi boş olmaz! (Azərbaycan)
  • Könlü yemiş istəyən dolanar tağ başına. (Azərbaycan)
  • Könlü balıq istəyən quyruğunu suya vurar. (Azərbaycan)
  • Yazda oynayar, gülər, qışda acından ölər. (Azərbaycan)
  • Yaz günündə tərləməyən qış günündə titrəyər. (Azərbaycan)
  • Yaz əkinçi, qış dilənçi. (Azərbaycan)
  • Yaz bitirir, yay yetirir, payız gətirir, qış aparır. (Azərbaycan)
  • Yayda kölgədə yatan qışda qar üstə yatar. (Azərbaycan)
  • Yayda kölgə xoş, qışda çuval boş. (Azərbaycan)
  • Yayda işləyən qışda dişləyər. (Azərbaycan)
  • Yayda başı bişənin qışda aşı bişər. (Azərbaycan)
  • Ağıllı kişi qışın qeydinə yayda qalar. (Azərbaycan)
  • Qalan işə qar yağar! (Azərbaycan)
  • Kürkü yayda al, orağı qışda. (Azərbaycan)