Reklam
Reklam
  • Yaman günü görməyən yaxşı günün qədrini bilməz. (Azərbaycan)
  • Yaman günə səbr edən yaxşı günə tez çatar. (Azərbaycan)
  • Şər deməsən, xeyir gəlməz. (Azərbaycan)
  • Haqq yandıran şamı söndürmək olmaz. (Azərbaycan)
  • Yaman günün ömrü az olar. (Azərbaycan)
  • Zülm yerdə qalmaz. (Azərbaycan)
  • Zülm ilə abad olan ədl ilə bərbad olar. (Azərbaycan)
  • Ağ gün ağardar, qara gün qaraldar. (Azərbaycan)
  • Gül tikansız olmaz. (Azərbaycan)
  • Pis günümdə məni istə, yaxşı gündə istəyənim çox olar. (Azərbaycan)
  • Pis günümdə məni istə, yaxşı gündə istəyənim çox olar. (Azərbaycan)
  • Pisi istəmir, yaxşıya da əli çatmır. (Azərbaycan)
  • Pis olmasa, yaxşının qədri bilinməz. (Azərbaycan)
  • Ağın adı var, qaranın dadı! (Azərbaycan)
  • Zor qapıdan gələndə, haqq bacadan qaçar. (Azərbaycan)
  • Qaradan tünd rəng yoxdur! (Azərbaycan)
  • Qara günün ağ günü də var! (Azərbaycan)
  • İlanın ağına da lənət, qarasına da. (Azərbaycan)
  • Qohumun kimdir? – Yaxın qonşum. (Azərbaycan)
  • Evin yaraşığı uşaqdır, süfrənin yaraşığı qonaq! (Azərbaycan)