Reklam
Reklam
  • Özünü mühakimə edə bilmirsənsə, başqalarını mühakimə etmə.
  • Bəzi insanlar yağışı hiss edərlər, bəziləri isə sadəcə islanar.
  • Torpaq kimi səssiz olduğum an bil ki, fəryadım ildırım kimi göydə gurlayır.
  • Səsini yox, sözünü yüksəlt. Yarpaqların böyüməsinə səbəb olan yağışdır, ildırım deyil.
  • Unutmayın ki, insanların mənfəətləri dəyişdikdə onların düşüncə tərzi və davranışları da sürətlə dəyişir.
  • Əgər bir insanı hamı başa düşürsə, deməli, həmin insan sadəcə bəsit zehinlərə müraciət edir.
  • Gəldiyiniz qənaətin səhv olduğunu qəbul etmək, onu müdafiə etməkdən daha möhkəm xarakter tələb edir.
  • Özünü bədbəxt hiss etməməyin ən yaxşı yolu xoşbəxt olmağı arzulamamaqdır.
  • İnsanın mənəviyyatı nə qədər zəngin olarsa, digər insanlardan tələbləri daha az olar.
  • Hər bir insan öz təfəkkürünün hüdudlarını dünyanın hüdudları kimi müəyyənləşdirir.
  • Bəsit insanlar vaxtı necə öldürəcəklərini, dəyərli insanlar isə onu necə qazanacaqlarını düşünürlər.
  • Öz işığı olmayan insanlar kütləyə qarışaraq işıq əldə eləməyə çalışırlar.
  • İnsan yalnız tək olduğu zamanlarda özü ola bilər.
  • Əgər bir insanın yalan danışdığından şübhələnirsinizsə, ona çox inandığınızı göstərin. Çünki məhz belə olduqda o insan daha bariz yalan danışır və maskası düşür.
  • Tikansız gül yoxdur, amma gülsüz tikan çoxdur.
  • Canavarlarla mübarizə aparan insan fikir verməlidir ki, bu mübarizədə özü də canavara çevrilməsin.
  • İnsan dəniz olmalıdır ki, çirkli su ona qarışsın, amma özü təmiz qalmağı bacarsın.
  • Yaşamaq üçün “niyə?”si olan insan bütün “necə?”lərə dözə bilər.
  • Məqsədini unutmaq axmaqlığın ən geniş yayılmış formasıdır.
  • Asan bir həyat yaşamaq istəyirsinizsə, daim bir sürünün içində qalın və orada özünüzü itirin.