- Həyat güzgü kimidir: ona gülümsəsən, o da sənə gülər. (Naməlum)
- - Böyüyəndə nəçi olmaq istəyirsən?
Balaca Con Lennon:
- Xoşbəxt.
- Sən mənim sualımı başa düşmədin.
- Siz mənim cavabımı başa düşmədiniz.
(Con Lennon)
- Atəşin kölgəsi olmur, ona görə də insanın içindəki yanğını heç kim görmür. (Naməlum)
- Risk eləyib uduzmaq olar, ancaq risk eləmədən udmaq mümkün deyil. (Naməlum)
- Çətinliklərlə qarşılaşmaq labüddür, amma məğlubiyyəti qəbul etmək insanın öz seçimidir. (Naməlum)
- Mübarizə aparan məğlub ola bilər, aparmayan artıq məğlubdur. (Bertold Brext)
- Oyun bitəndə şahı da, piyadanı da bir qutuya qoyurlar. (Naməlum)
- Bəxt həyatda bir dəfə insanın qapısını tıqqıldadır, amma həmin an insan evin yaxınlığındakı pivəxanada oturduğuna görə bu tıqqıltını eşitmir. (Mark Tven)
- Yaxşı dostlar, maraqlı kitablar və yatmış vicdan – ideal həyat bax budur. (Mark Tven)
- Hara getdiyini bilməyən adam getdiyi yerə düşəndə çox təəccüblənir. (Mark Tven)
- Ölüm ayağında peşman olacağımız iki şey var – yetərincə sevməməyimiz və yetərincə səyahət etməməyimiz. (Mark Tven)
- 14 yaşım olanda, atamın ağılsızlığına zorla dözürdüm; 21 yaşıma çatdıqda isə bu qocanın son 7 ildə nə qədər ağıllandığına məəttəl qaldım. (Mark Tven)
- Təskinlik verməyi o kəs yaxşı bacarır ki, özünün dərdi başından aşır. (Mark Tven)