1. Təzəlik, lətafət, gözəllik. □ Çiçəklərin artdı təravətləri; Fərəh verir qəlbə lətafətləri. (A.Səhhət).
2. Təmizlik, saflıq. □ Saf, səmimi, heç vaxt öz təravətini itirməyən, solmayan eşq nə gözəldir! (Ə.Sadıq).
3. Sərinlik, təmizlik (hava haqqında). □ Bundan əlavə, ağaclardan .. təravət yayılırdı. (H.Seyidbəyli).
4. Sağlamlıq, sağlam görünüş (əsasən gənc yaşlarda). □ Gənclik təravəti.
1. Təravəti olan; tər, təzə. □ Təravətli gül.
2. Zərf kimi: təravəti olan; tər, təzə.
3. Təmiz, saf, sərin. □ Bayırda gözəl, ilıq dağ yerlərinə məxsus yüngül təravətli bir iyun sabahı açılırdı. (M.Rzaquluzadə).
4. Zərf kimi: təmiz, saf, sərin.
5. Sağlam, sağlam görünüşlü, gümrah, gözəl, cazibəli. □ Təravətli gənc.
6. Zərf kimi: sağlam, sağlam görünüşlü, gümrah, gözəl, cazibəli.
Bəşəriyyətin fasiləsiz bərpa olunması və yeniləşməsini təmin edən təbii artım proseslərinin cəmi.
Ə.T.A. brutto və netto-təkrar istehsal əmsalları ilə ölçülür. Brutto-təkrar istehsal əmsalı – reproduktivlik dövründə bir qadının orta hesabla doğduğu qız uşaqlarının sayına uyğun olaraq müəyyənləşdirilir və doğulan uşaqların müəyyən vaxtdan sonra formalaşdıracağı yeni valideyn nəslinin göstəricisidir. Bu göstəricinin hesablanmasında ölüm amili nəzərə alınmır, yəni reproduktiv dövrün sonuna qədər anaların və doğulan qız uşaqlarının sağ qalma ehtimalı qəbul edilir. Netto-təkrar istehsal əmsalı isə brutto əmsalından fərqli olaraq ölüm amilini (həyat cədvəlləri əsasında) nəzərə alır. Ə.T.A.-na görə ölkələr iki tipə bölünür. Birinci tipə təbii artımın aşağı (hər min nəfərə 2-10 nəfər), sıfıra bərabər, yaxud mənfi olduğu ölkələr daxildir. İkinci tipə isə artımın yüksək (hər min nəfərə 10 nəfərdən çox) olduğu ölkələr aid edilir. Əgər netto əmsalı 1-ə bərabərdirsə, onda doğum və ölüm nisbətləri əhalinin sadə təkrar istehsalını təmin edir. Netto əmsalı 1-dən aşağıdırsa, bu, əhalinin təkrar istehsalının azaldığının (yəni uşaq nəslinin valideyn nəslindən az olduğunun), yuxarıdırsa – təkrar istehsalın artdığının (uşaq nəslinin valideyn nəslinə nisbətən çoxluq təşkil etdiyinin) göstəricisidir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiFars sözüdür (məsdər forması təraşidən sözüdür) və “yonmaq”,” yolmaq”, “qırxmaq”, “yox etmək” anlamlarında işlədilir. Taraş sözü də var: məhsul toplandıqdan sonra yerdə qalan hissə belə adlanıb. Güman edirəm ki, bu, daraşmaq sözü ilə bağlıdır (camaat ura yığmağa axışır, daraşır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiKlassik Şərq ədəbiyyatında 4 misradan ibarət, qafiyə quruluşu a.a.a.a şəklində olan lirik janr.
Yaxın və Orta Şərq, habelə Azərbaycan şeirində işlənib. İctimai-fəlsəfi və ya məhəbbət mövzusunda olub. Qazi Bürhanəddin, Nəsimi və Füzulinin bəzi T.-ləri mistik səciyyəli olub. Özünəməxsus musiqi ritminə malik olan T.-ləri dərvişlər oxuyub.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti