Kristalloqrafiyada təsnifat vahidi.
Orta kateqoriyalıdır. Bir-birinə perpendikulyar üç kristalloqrafik oxla xarakterizə edilir. x və y oxlarının ölçü vahidləri eyni, z oxununku isə fərqlidir: α=β=γ=90º; a=b≠c. T.S. kristallarında elementar özək oturacağı kvadrat olan düz prizmadır. 7 sinfi var. Siniflərin hər birində bir ədəd dördlük simmetriya oxu olur.
Coğrafiya terminləri lüğətiyun. tetra – dörd + logos – söz, təlim
Süjet və müəllif fikri ilə birləşmiş dörd hissədən ibarət əsər.
Bir qayda olaraq, bu hissələr ayrı-ayrılıqda kitab halında nəşr edilir. Bu bütöv, dördhissəli əsər vahid kompozisiya-süjet quruluşu ilə, personajların, bədii üsul və üslubun eyniliyi, bütün hissələrdə hərəkətin məkan və zamanca vahidliyi ilə xarakterizə edilir. Hər bir ayrıca hissə həm müstəqil, tamamlanmış əsər, həm də böyük əsərin hissəsi kimi qəbul edilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiOrta ölçülü quşlar.
Çəkisi 700-1600 qram arasında dəyişir. T.-lar qamətli və cəlddir. Ömrünün çox hissəsini yerdə keçirir. Cəld və yüngül uçurlar. Yerdən səs-küylə uçuşa başlamaqlarına baxmayaraq, ağacdan çox sakit uçuşa başlayırlar. Erkək T.-lar dişilərdən böyük olmaqla, tüklərinin rənginə görə də kəskin fərqlənirlər. T.-lar Avrasiyanın meşə və meşə-çöl zonalarında – Şotlandiya və Pirineyin şərqində şərqi Sibirədək olan ərazidə, Monqolustanın şimalında və Mancuriyanın şərqində məskunlaşmışlar.
Biologiya terminlərinin izahlı lüğəti